Bakıdakı “Tramp Tower” kimi tanınan məşhur bina yanır - FOTO





Bakıda əvvəllər "Tramp Tower” kimi tanınan binada tüstülənmə başlayıb.
APA-nın məlumatına görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.