Bakının bir neçə rayonunda tikinti sahəsində qanunsuzluq aşkarlanıb - SİYAHI
11:50 13.08.2018
Arxiv
595
Bakının bir neçə rayonunda tikinti sahəsində qanunsuzluq aşkarlanıb.
"Report"un məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğin yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır.
Eyni zamanda bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib, rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda, tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.
Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya