"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var - YENİLƏNİB




Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Bakı şəhər sakinləri Sevda İsmayılovanın idarə etdiyi "Nissan" və Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.İsmayılova orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

*****
10:19
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

*****
5:19
Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib.
Lent.az-ın "musavat.com”-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb.

"BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.
Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.