Banklara vergi güzəştlərinin edilməsi təklif olunur
17:13 17.09.2018
Arxiv
810
Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.
"Sherg.az" "Report”a istinadən xəbər verir ki, belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib.
Həmçinin, kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması təklif olunur.
Bundan başqa, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s. tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət