Barak Obama: “Hillari Klintonun ABŞ üçün gördüyü işlərdən qürur duyuram”





Donald Trampın qələbə anonsundan sonra ABŞ-ın sabiq prezidenti Barak Obama vəziyyətə münasibətini ifadə edib.Sherg.az-ın "Lefigaro.fr”-ə istinadən xəbərinə görə o, qeyd edib ki, yaxşı bir gələcək düzənləmək üçün əllərindən gələn hər şeyi ediblər: 

"Bizim demokratiyamızın xarakteri, mahiyyəti həmişə bu oldu”.

H.Klintonun məğlubiyyətinə gəlincə, B.Obama söyləyib ki, H.Klintonun bu ölkə üçün gördüyü işlərdən inanılmaz dərəcədə qürur duyur: 

" O, həyatını bu ölkə üçün xidmətə həsr etdi. Dövlət katibi olduğu müddətdə möhtəşəm işlərə imza atdı. H.Klinton Amerikada prezidenliyə namizədliyini irəli sürən ilk qadındır. Onun məlum addımı digər xanımlara da bir mesajdır ki, onlar da ölkəni siyasi həyatında uğur qazana bilərlər”.

Ayyət