Baş redaktor: "Xalqımızdan üzr istəsinlər, gəlib ölkəmizdə xidmət etsinlər, sağlam mövqedə olsunlar"



"Xaricdəki radikal qruplar Əli Kərimli kimilərinin əlində bir vasitəyə çevriliblər”. Bu sözləri "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib:

"Gərək insanın bir əqidəsi olsun. Vətəninə, xalqına, millətinə qarşı çıxmaqdan böyük xəyanət ola bilməz. Hesab edirəm ki, xəyənətkar insanların səhvlərini başa düşməsi və etiraf etməsi, ölkə başçısından üzr istəməsi normal qarşılana bilər. Ziyanın yarısından da dönmək olar. 

Xaricdəki radikal müxalif qruplar öz səhvlərini başa düşürlərsə, onları kimsə ölkəmizdən qovmur. Təbii ki, ölkə başçısı böyük qəlbli insandır. Onlar xalqımızdan, dövlətimizdən üzr istəsinlər, gəlib ölkəmizdə xidmət etsinlər və sağlam mövqedə olsunlar. Yarıtmaz insanların əlində bir alət olmaqdan pis heç nə yoxdur. Fikrimcə, müxalif qrupların səhvlərini anlaması onların özləri üçün də faydalıdır”.

Qeyd edək ki, Avropada özlərini "siyasi mühacir” kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən satqınlar, xainlər yığnağının sıraları get-gedə seyrəlməyə başlayıb. Bir neçə Orduxan, Vidadi tiplərini çıxmaq şərti ilə, bəzi "siyasi mühacirlər” (Emin Milli kimi) açılım məsələsinə önəm verməyə başlayıblar. Qısacası tədricən getdiklərin yolun doğru olmadığını anlamaya və xətalarından dönməyə yönəlirlər. Ancaq bu qaçılmaz realıq AXCP sədri Əli Kərimlini ciddi şəkildə təlaşlandırıb. Belə ki, sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, ad çəkmədən haqq yoluna dönənləri qınamağa, ittiham etməyə başlayıb.

Yeganə Bayramova