Bayılda dağılan evlərə kompensasiya belə hesablanacaq - RƏSMİ





"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək".
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".

**
12:37
"Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil'.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, 97 evin köçürülməsini istəyirlər.
"Vəsait məsələsinin həllinə çalışırıq", - deyə baş nazirin müavini qeyd edib.