Bayram Kürdəxanılının ölümü ilə bağlı RƏSMİ MƏLUMAT




Daxili İşlər Nazirliyi meyxanaçı Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb. 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi "Mitsubishi Pajero” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub.

Xəstəxanaya yerləşdirilən B. Quliyev orada ölüb.