BDU yazı müsabiqəsinə start verdi




Bu gün Bakı Dovlət Universitetinin (BDU) Jurnalistika fakültəsi, fakultənin metodik şurası və  "Şərq" qəzetinin birgə təşəbbüsü ilə Yasamal rayon 150 nömrəli orta məktəbin yuxarı sinif şagirdləri arasında "Ən yaxşı inşa" müsabiqəsinin keçirilməsinə start verilib. Və müsabiqə üçün 10 mövzu müəyyənləşib. 

Sherg.az-ın xəbərinə görə, məktəbin direktoru Sevda Əliyeva qeyd edib ki, belə görüş və müsabiqələrin kerçirilməsi şagirdlər arasında çox yüksək motivasiya yaradır.

Ardınca jurnalistikanın sirləri haqda ümumi məlumat verən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli şagirdləri ürəkli olmağa və səmimi yazılar yazmağa çağırıb.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da bu görüşdən məmnun olduğunu söylədi və ən yaxşı yazıları qəzetdə çap edəcəyinə söz verdi.

Sonda jurnalistik fakültəsinin dekan müavini dosent Sevinc Əliyeva şagirdləri müsabiqənin şərtləri ilə tanış etdi və hamıya uğurlar arzuladı.

Görüş qarşılıqlı səmimiyyətlə və yüksək əhval-ruhiyyədə başa çatdı.