"Belə bir böyük mükafatı gözləmirdim, sürpriz oldu"
09:05 29.01.2019
Arxiv
375
Hacı İsmayılov: "Səmimi deyirəm, çox sevindim, duyğulandım. Qəribə hisslər yaşadım"
Prezident İlham Əliyev Xalq artisti Hacı İsmayılovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov "Şöhrət” ordeni ilə təltif edilib.
Xalq artisti Hacı İsmayılov 75 yaşını teatrda qeyd edib.
Yubiley axşamı aktyor rol aldığı "Qəribə, çox qəribə əhvalat” tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb.
Doğum gününü qeyd edən aktyoru izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları olub.
Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub. Nazir Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın "Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırıb.
Dəyərli sənətkarımızla əlaqə yaratdıq. Hacı İsmayılov «Şərq»ə açıqlamasında təəssüratlarını paylaşdı.
- Hacı müəllim, ilk əvvəl yubileyiniz və «Şöhrət» ordeni ilə təltif olunmağınız münasibətilə sizi təbrik edirik.
- Çox təşəkkür edirəm. Mən dövlətimdən, xalqımdan razıyam, onların hər zaman diqqətini hiss etmişəm. İlk əvvəl təəssüratlarımı bölüşüm ki, bu hissləri yaşamaq həyəcanlıdır. Qürurverici hisslərdi. Sözün düzü, gözləmirdim. Mən teatrdan da xahiş etmişdim ki, ad günümdə o günü tamaşa salsınlar. O gecə bizim Abbas Mirzə Şərifzadə adına səhnəmiz var. O gün «Qəribə, çox qəribə adlı» tamaşa ilə səhnəyə çıxım. Mən arzu etdim ki, həmin gün o tamaşanı oynayaq.
Mənim dəyərli dostum, həmkarım Rafiq Əzimovla bir yerdə səhnəyə çıxım. Belə böyük bir mükafatı gözləmirdim. Mənim üçün sürpriz oldu. Mən Teatr Xadimləri İttifaqında həm də sədr müaviniyəm. Elə oldu ki, Azər Paşa Nemətovun otağında idim, söhbət etdiyimiz məqamda ona zəng etdilər ki, möhtərəm prezidentimizin sərəncamı ilə Hacı Məcid Oğlu İsmayılov «Şöhrət» ordeninə layiq görülüb. Teatr və kino sahəsindəki xidmətlərinə görə ölkə başçısı onu dəyərləndirib. Səmimi deyirəm, çox sevindim, duyğulandım. Qəribə hisslər yaşadım.
- 75 illik ömür yolunun böyük bir hissəsini Azərbaycan teatr səhnəsində keçirən Hacı İsmayılov ötənlərə bir də nəzər saldı. Sizcə dəydimi bu illər ərzində teatr səhnəsinin tozunu udmağa?
- Təbii ki, dəyərdi. Mən teatra, sənətə gəldiyim üçün peşman deyiləm. Bəli, bu sahə zəhmət tələb edir. Mənim sənətimə dəyəri dövlətimiz yüksək səviyyədə qiymətləndirib. Mən öz adımdan da, ailəm adından da möhtərəm prezidentimiz Cənab İlham Əliyevə ürəkdən təşəkkür edirəm.
Həqiqətən «Şöhrət» ordeninə layiq görülmək mənim yaradıcılığıma verilən böyük qiymətdi. Onu da qeyd edim ki, biz sənətkarlar həmişə dövlətimizin, prezidentimizin qayğısını hiss etmişik. Ulu öndərin zamanında da respublikada olan bütün sənətkarlar onun qayğısını görüblər.
Ulu Öndər mədəniyyətimizin dirçəlişinin banisi olub, sənət insanlarının himayədarı idi. Bu gün həmin siyasəti möhtərəm prezidentimiz cənab İlham Əliyev çox layiqli, şərəfli şəkildə davam etdirir. Dövlət başçısı hər zaman mədəniyyət, incəsənət xadimlərinə qayğısını göstərir. Təbii ki, mən çox sevinirəm, bir aktyor üçün 75 illik ömür yolunda dövlət tərəfindən dəyərləndirilmək həqiqətən insana ruh verir. Aktyoru səhnə yaşadır. Bu yaşda səhnədə varamsa, buna görə şükür edirəm. Həmişə arzu etmişəm ki, mənə güc versin tamaşaçı qarşısına çıxım. Ömrümün bu çağında da səhnədəyəm. Bundan böyük xoşbəxtlik ola bilməz.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual