Beren Saat başqa evə köçür





Aktrisa Beren Saat və müğənni Kenan Doğulu cütlüyünün boşanması ilə bağlı daha bir iddia ortaya çıxıb.

Axşam.az-ın türk mediasına istinadən xəbərinə görə, Saatın İnstaqram paylaşımları ucbatından Doğulunun anası Serpil Doğulunun gəlini ilə bir marketdə dava etdiyi bildirilib.

Beren Hisarüstündə 4+1 böyüklüyündə, dəniz mənzərəli bir ev korayə tutub. Aylıq kirayə haqqı 6 min lirə (təxminən 1800 manat) olan ev üçün aktrisa beh belə verib.

Aktrisanın yaxın günlərdə ora köçməyi düşünür.