Bernar Arno Avropanın ən varlı adamıdır





"Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno Avropanın ən varlı adamı oldu. O, dünyanın ən zəngin adamlarının reytinqində dördüncü yeri tutur.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, "Bloomberg Billionaires Index” versiyasına görə, Arno sərvətinə görə, "Inditex” şirkətinin yaradıcısı və sabiq prezidenti, Amansio Ortequnu geridə qoyub. Agentlik fransız milyarderin sərvətini 70,7 milyard dollar dəyərləndirib.

Bernar Arno dünyanın ən varlı adamları sırasında "Amazon” şirkətinin yaradıcısı Ceff Bezosdan, "Misrosoft”un yaradıcısı Bill Qeytsdən və ABŞ iş adamı Uorren Baffetdən geri qalır.