Bərzaniyə dəstək verən ölkələr... - Sirr pərdəsi çəkildi - Gərginlik

"Bərzaninin arxasında ABŞ, Rusiya və bir sıra Avropa dövlətləri dayanır. ABŞ-ın Kürdüstanın müstəqilliyinə qarşı olan bəyanatları isə sadəcə publikaya hesablanıb. Rusiya da bizim ərazi bütövlüyümüzü tanıyır,amma...




"İraq siyasi rəhbərliyinin bundan sonra vəziyyəti gərginləşəcək”.

Bunu "Sherg.az”a bu gün Kürdüstan muxtariyyətinin müstəqilliyinə dair keçirilən referendumdan danışarkən politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, rəhbərliyin beynəlxalq aləmdə hörməti və nüfuzu aşağı düşəcək:

"Heç kim İraq Kürdüstanının müstəqilliyini tanımayacaq. Heç kəs İraqa qarşı Kürdüstan dövlətini tanımaq istəmir. Ola bilər, bəlkə qondarma Dağlıq Qarabağ respublikası, Abxaziya, Cənubi Asetiya və s. kimiləri tanısın. Amma heç bir ciddi dövlət onun müstəqilliyini tanımayacaq.

Referendumun keçirilməsi daxili siyasi mübarizənin nəticəsindən doğur. Orada heç kəs vətəni, xalqı üçün çalışmır, hamı vəzifə, imkan naminə bunları edir. Ukrayna və başqa postsovet ölkələrində olduğu kimi mübarizə imtiyaz və sərvət uğrunda gedirdi. Düşünmürəm ki, Türkiyə, İran, İraq və Suriya bu məsələyə müsbət baxsın. Onlar istəmir ki, kürd dövləti yaransın”.

Z.Əlizadə onu da əlavə edib ki, müxtəlif dövlətlər çoxmillətli dövlətlərin milli, etnik vahidlərə parçalanmasına çalışırlar:

"Burada strateji məqsəd çoxmillətli dövlətlərin zəifləməsidir. Rusiya, Amerika, Avropa dövlətləri və s. müsəlman Şərqinin parçalanmasına çalışır. 1915-ci il "Says Piko" razılaşmasının məntiqi 21-ci əsrdə özünü göstərməyə başlayır.

Bərzaninin arxasında ABŞ, Rusiya və bir sıra Avropa dövlətləri dayanır. ABŞ-ın Kürdüstanın müstəqilliyinə qarşı olan bəyanatları isə sadəcə publikaya hesablanıb. Rusiya da bizim ərazi bütövlüyümüzü tanıyır. Amma Qondarma Dağlıq Qarabağı da dəstəkləyir. Amerika da eyni şəkildə. Ona görə, bütün bunlar sadəcə siyasi oyundur.

Qeyd edək ki, Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzaninin təşəbbüsü və rəhbərliyi ilə keçirilən müstəqillik referendumuna ABŞ, İran, Türkiyə kimi böyük dövlətlər qarşı olduqları barədə bəyanatlar veriblər.

Ayyət Əhməd