"Beşiktaş"ın prezidenti: "Super Kubok niyə Azərbaycanda keçirilmir?"




"Beşiktaş"ın prezidenti Fikret Orman Türkiyə Super Kubokunun Azərbaycanda keçirilməsini istəyir. Fanat.Az xəbər verir ki, klub rəhbəri bu barədə dünən keçirdiyi mətbuat konfransında açıqlama verib.

Türkiyədə futbolun səviyyəsinin yetərsiz olduğunu bildirən Fikrət Orman "Ötən mövsüm İtaliya Super Kubokunun "Milan" - "Yuventus" oyunu Dohada keçirildi. "El-Klasiko" Myamidə keçiriləcək. Biz niyə Azərbaycanda, Dohada oynamırıq? Niyə ölkə futbolunun dəyərini artırmaq üçün işlər görmürük? İspaniya, İtaliyanın bunun üçün çalışdığı bir vaxtda, biz niy etmirik? Tanzaniyada "Mançester Yunayted"in oyununu izləyə bilərsən. Marka dəyəri belə olur. O ölkədə Türkiyədəki matçları izləyə bilərsən? Türkiyədə öz insanlarını stadiona gətirə bilmirsən, əcnəbiləri necə gətirəcəksən?" deyib.

Qeyd edək ki, Fikrət Orman bir neçə gün əvvəl açıqlamasında milli komandaların oyunları üçün yaranan fasilədə Azərbaycana gələcəklərini bildirmişdi: "Dünya klubu olmaq üçün strategiya lazımdı. Biz milli komandalar üçün yaranan fasilədə İrana və Azərbaycana gedəcəyik. Bu ölkələrdə çox sayda azarkeşimiz var".