Bəyanat: Avropa Parlamentinin deputatları aldadılırlar
14:35 29.01.2019
Arxiv
486
"Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Avropa Parlamentinin Ermənistanda ötən il dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am” saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümünə reaksiya verməməsi ilə bağlı bəyanat yayıb.
Bu barədə "Sherg.az"a İctimai Birlikdən məlumat verilib.
Bəyanatda deyilir: "Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qətnamə qəbul etməsinin qərəzli, qeyri-obyektiv olmasi bir daha təsdiqini tapdı. Qurumun guya ölkəmizdə insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qərarı siyası konyukturaya söykənidiyi, bəzi siyasi dairələrin istək və məqsədlərinə xidmət etdiyi aydın görünür.
Belə olmasaydı 52 gün aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am” saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümünə reaksiya verilərdi, lazımı qərarlar çıxarılardı. Göründüyü kimi, bu baş vermədi. Günlərlə davam etmiş aclıq aksiyası nə Ermənistan hakimiyyətini, nə də beynəlxalq insan hüquqlarından dəm vuran təşkilatları narahat edib. Haqlı olaraq suallar yaranır ki, o zaman Avropa Parlamentinin üzvləri nədən Azərbaycanda gənc bloqqer Mehman Hüseynovun qısamüddətli aclıq aksiyasına tələsik qətnamə qəbul etdilər, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yaraşmayan qeyri-obyektiv və qərəzli sənədə səs verdilər, Yegizaryanın ölümünə isə mövqe bildirmədilər…Cavab sadədir - təəssüf ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən dəfələrlə aldadılırlar.
Avropa Parlamentinin diqqətinə bir sıra məqamı çatdırmaq istərdik. Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün ordusu yaranıb. Bunun nəticəsində də onların hüquqları kütləvi surətdə pozulub. Daim ədalətdən, beynəlxalq hüququn aliliyindən dəm vuran Avropa Parlamenti adıçəkilən məsələnin ədalətli şəkildə həllinə nail olmaq üçün hansısa addım atıbmı? Qəbul edilən sənədlərdə Ermənistanın təcavüzkar dövlət adlandırılması halına rast gəlinibmi? Təbii ki, xeyr. Bu da Avropanın nüfuzlu qurumunun irəli sürdüyü ikili standartların bariz göstəricisidir.
Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməmişdir? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi. Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldüyünü bilmirdiniz? Göründüyü kimi, suallar hələ də cavabsız qalır.
Beləliklə, "Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi olaraq Avropa Parlamentinin deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrıseçkilikdən və islamafobiyadan uzaq olmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadiq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual