"Məktəb direktorlarına hakimi-mütləqlik verilməsi onların qanunsuz, hətta əxlaqsız addımlar atmasına gətirib çıxarır"
Bunu Sherg.az-a Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktorunun müəllimdən rüşvət tələb etməsinə dair səs yazısından danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
Onun sözlərinə görə, bu məsələdə seks qalmaqalının olması korrupsiya və seks arasında çox ciddi əlaqə olduğunu göstərir:
"Əlaqə ondan ibarətdir ki, seks də pulla alınır, insanın halal əməyi ilə seks heç vaxt alınmaz. Əgər məktəblərdə direktorların mütləq hakimiyyəti olmasa, onlar pulla "beşdaş” oynamasalar, seks əlaqəsi təklif etmək və başqa addımlar ata bilməzlər. Direktorların hakimi-mütləqliyi kiməsə bu formada əxlaqsız təkliflərdən tutmuş, başqa biabırçılıqlara qədər gətirib çıxara bilər. Fikrimcə, bu hal o qədər genişlənib ki, artıq qarşısının alınması çətinləşir”.
N. Qulamoğlu bildirib ki, müəllimin etik davranış qaydaları var və onlara əməl edilməlidir:
"Orta məktəb müəlliminin etik davranış qaydalarında isə belə bir maddə yoxdur ki, müəllim seks videosu yaya bilməz. Əslində bu onun şəxsi işidir, seks videosu yaya bilər. Amma onun forması müzakirə obyektidir”.
Qalmaqala səbəb olan müəllimlərin diaqnostik qiymətləndirməsini sərt tənqid edən ekspert deyib ki, diaqnostik qiymətləndirmə Azərbaycan təhsilinə heç bir töhfə verməyib:
"Misal var ki, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Sadəcə olaraq küyə getdilər, baş aldatdılar. Diaqnostik qiymətləndirmə müəllimin əməyinə nə qiymət verdi? Bir suala da cavab tapmaq lazımdır, bu qiymətləndirməni nə üçün aparırlar? Bundan məktəb direktorları sui-istifadə edəcəksə, bu qiymətləndirmənin faydası nədir? Belə qanunsuzluq halları bir deyil, iki deyil, kütləvi xarakter alıb. Bütün bunların səbəbi isə odur ki, Azərbaycan ictimaiyyəti nöqsanlıdır, haqqa və həqiqətə münasibəti sıfır səviyyəsindədir”.
Qeyd edək ki, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı seks və rüşvət qalmaqalı böyüyür. Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Ceyhun Mirzə həmin məktəbdə baş vermiş qalmaqallı hadisənin araşdırılması üçün rayona ezam edilib.
Qeyd edək ki, Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb. Həmin səs yazıısnda direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur.
Aysel Aslan