"Bezmədiz bizim sifətimizdən?!” - Arzu Səmədbəyli

“Analizlərimi bölüşməklə qanqaraçılıq salmaq istəmirəm”



Bir müddətdir mətbuatdan uzaq düşən, siyasi fəaliyyəti görünməyən Müsavat Partiyası Məclisinin sabiq sədri Arzu Səmədbəyli bunu şəxsi işləri ilə əlaqələndirir. 

Sherg.az-a açıqlamasında keçmiş deputat deyib ki, proseslərə qatılmasa da, ölkədə baş verən hadisələri yaxından izləyir: "
Şəxsi işlərimlə məşğul olsam da, mətbuatı mütəmadi olaraq izləyirəm. Xüsusən də Müsavatın fəaliyyəti ilə maraqlanıram. Maşallah təşkilatın yeni rəhbərliyi var, gənclər var partiyada, işləyirlər, müsahibələr verirlər. Görək bu gənclər nə edəcəklər?! Ölkə ilə bağlı da proseslər diqqətimdədir. Yəni mətbuatda nə yazılırsa oxuyuram, özüm üçün analizlər aparıram”. Analizlərini, proqnozlarını niyə mətbuatla bölüşməməsinə gəldikdə isə - "Bezmədiz bizim proqnozlardan?! Ümumiyyətlə 30 ilə yaxındır biz görünürük qəzet səhifələrində, bundan yorulmadız?!. Onu da deyim ki, analizlərimi bölüşməklə qanqaraçılıq salmaq istəmirəm”– deyib.

Anar