Bir zamanlar ən zəngin adam idi

Bir zamanlar Avstraliyanın ən zəngin adamlarından olan David Glasheen, 1987-ci ildə birjada yaşanan böhranda təxminən 30 milyon TL itirdi.
1997-ci ildə isə Avstraliyanın şərq sahilində tropik bir ada olan Restoration adasına daşındı. Bir yoldaşının tövsiyəsi ilə başlanğıcda 60 otaqlı lüks bir otel tikməyi planlayan Glasheen, sahildəki kiçik daxmada sevgilisi ilə yaşamağa başladı. Lakin isti su, duş, rahatlığı olmayan bu tropik adaya dözə bilməyən sevgilisi geri döndü. Bu arada adanın yerlisi Aborjinlərin otelin inşaa edilməsinə qarşı açdığı dava Davidin son planını da yerlə yeksan etdi: Otel tikilmədi. Bu son hadisə, David Glasheenin həyata dünyagörüşünü dəyişdirdi. Adada yaşamağa qərar verən Glasheen dərmə çatma daxmasını 20 ildə yavaş- yavaş yenilədi. Günəş panelləri qurdu, internet əlaqəsi gətirdi. Meyvə və tərəvəz yetişdirən Glasheenin yanında hər zaman yol yoldaşı olan iti Quasi var. Glasheenin tək kədəri isə bir həyat yoldaşının olmamasıdı. Bu təkliyini aradan qaldırmaq üçün özünə taxta və plastikdən maneken düzəltdi. Davidin ada həyatından kadrlarlarla tanış olun.