"Tarixçi qırğın deyərkən çox güman ki, Urmu bəlasını nəzərdə tutub. O vaxt aysorlar və ermənilər ingilislərdən aldıqları silahlarla Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımlar törədiblər"
Birinci Dünya savaşında 9 milyon iranlı öldürülüb?
07:49 07.02.2019
Arxiv
704
Kərəm Məmmədov: "Avropalı tarixçi bilməlidir ki, onun bəhs etdiyi dövrdə İran adlı dövlət olmayıb"
"Tarixçi qırğın deyərkən çox güman ki, Urmu bəlasını nəzərdə tutub. O vaxt aysorlar və ermənilər ingilislərdən aldıqları silahlarla Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımlar törədiblər"
"Tarixçi qırğın deyərkən çox güman ki, Urmu bəlasını nəzərdə tutub. O vaxt aysorlar və ermənilər ingilislərdən aldıqları silahlarla Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımlar törədiblər"
Londonda yaşayan tarixçi və siyasi analitik Rodni Şekspir Press TV kanalına müsahibəsində maraqlı iddialarla çıxış edib. Tarixçi bildirib ki, Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlı öldürülüb, ölənlərin arasında İran mənşəli yəhudilər də olub. Onun sözlərinə görə, Qərb mətbuatı Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürülməsi haqqında beynəlxalq ictimaiyyətə məlumat vermir: "İnsan hüquqlarının müdafiəçisi kimi çıxış edən Böyük Britaniya bu faktı tanımalı və 9 milyon iranlının qətlə yetirildiyini açıqlamalıdır. Tədqiqatlar göstərir ki, 1917-ci ildən 1919-cu ilədək Avropanın müxtəlif ölkələrində və müharibə meydanında 9 milyona yaxın iranlı öldürülüb. Bunların arasında İran mənşəli yəhudilər də olub”.
R.Şekspirin iddiasını "Şərq”ə dəyərləndirən tarixçi-alim Kərəm Məmmədov deyib ki, o zaman İranda yaşayanlar "sovet vətəndaşı” kimi idilər. Yəni onların milli mənsubiyyətləri yox idi: "Avropalı yoldaş bilməlidir ki, onun bəhs etdiyi dövrdə İran adlı dövlət olmayıb. Məmləkəti Məhrusi Qacar olub, yəni Qacarlar sülələsi tərəfindən idarə edilən məmləkət. Tarixçi qırğın deyərkən çox güman ki, Urmu bəlasını nəzərdə tutub.
O vaxt aysorlar və ermənilər ingilislərdən aldıqları silahlarla Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımlar törədiblər. Hətta şimaldan daha çox güneydə qətliamlar törədilib. Yəqin, iranlılar adı altında bunu nəzərdə tutur. Qətliamlara kürdləri, İsmayıl bəy Spitkovu da cəlb etmək istədilər, amma o, buna razılıq vermədi və müsəlmanlara qarşı soyqırımda iştirak etməyəcəyini dedi”.
K.Məmmədov müharibə dövründə qırğınların baş verdiyini istisna etməyib:
"Birinci Dünya müharibəsi davam edirdi. Baxmayaraq ki, İran müharibə başlayan kimi öz neytrallığını elan etdi. Ancaq Antanta dövlətləri ilə Dördlər İttifaqı İran ərazisində iştirak edirdi. Osmanlı qoşunlarının Güney Azərbaycana girişinin qarşısını Sarıqamış hərəkatı aldı.
Sonrakı mərhələdə, yəni Brest Litovsk müqaviləsinə əsasən rus qoşunları oradan çıxdı və Osmanlı ordusu əraziyə girdi. Faktiki olaraq orada baş verən qırğınların qarşısını Osmanlı qoşunları aldı. Lakin bölgədə kütləvi qırğınlar baş verib. Ola bilər ki, qırğınlarda yəhudilər də öldürülüb. Çünki ermənilər üçün fərqi yox idi, onlara əhalisiz ərazilər lazım idi ki, öz dövlətlərini qursunlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol