"Biz heç vaxt atəşkəsi pozmuruq" - Müdafiə nazirinin müavini
12:32 24.04.2019
Arxiv
450
Rusiyada keçirilən VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin ONA-nın Moskva müxbirinə müsahibəsi
- ATƏT-in son illik hesabatında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin xeyli azaldığı qeyd olunub. Müdafiə Nazirliyinin bəyanatlarında da atəşkəsin pozulması hallarının azaldığını görürük. Sizcə, bu nə ilə əlaqədardır?
- Bu hal cənab Ali Baş Komandanın Ermənistan baş naziri ilə görüşündən sonra baş verib. Əlbəttə ki, biz heç vaxt atəşkəsi pozmuruq. Atəşkəsi qarşı tərəf pozur, biz isə adekvat cavab veririk. İndi isə qarşı tərəfin rəhbərliyinin tapşırığından sonra atəşkəs rejiminin pozulması halları azalıb. Məhz bundan sonra qoşunların təmas xəttində gərginliyin azalması müşahidə olunur
- Azərbaycan və Ermənistan XİN başçılarının son Moskva görüşündə humanitar sahədə əməkdaşlığa dair razılaşmaların olduğu açıqlandı. Bu barədə nə deyə bilərsiniz?
- Bu bir niyyətdir. Əgər mexanizm təfərrüatlı danışılıb həyata keçirilsə, əlbəttə ki, bu da mümkün ola bilər
- Ordumuzun hazırki vəziyyəti və döyüş hazırlığı barədə nə deyə bilərsiniz?
- Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan ordusu hazırda bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Ali Baş Komandan və Müdafiə Nazirliyi tərəfindən ordunun potensialının və döyüş qabiliyyətinin artırılmasına böyük diqqət yetirilir. Döyüşə hazır vəziyyətin yoxlanılması, planlaşdırılmış və məqsədyönümlü şəkildə həyata keçirilən proqramların icrası, mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olması, təchizat-təminat məsələləri və digər vacib məsələlərin həyata keçirilməsi ilə ordunun durumu inkişaf etdirilməkdədir.
Müdafiə Nazirliyi rəhbərliyi hazırda əsas diqqəti şəxsi heyətin professionallığının artırılmasına yönəldib. Bununla bağlı ordunun komplektləşdirilməsi üçün tədbirlər görürük. Həm zabitlər, həm də gizir, çavuş heyəti ordunun əsasını təşkil edən qüvvədir.
- Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
-İki ölkə arasında hərbi sahədə əməkdaşlığın səviyyəsi yüksəkdir. Bu, müxtəlif istiqamətlərdə irəliləyir. İlk növbədə Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Hərbi sahədə əməkdaşlığın digər istiqaməti bizim üçün vacib olan hərbi təhsil sahəsində əməkdaşlıqdır. Azərbaycan hər il Rusiya tərəfindən təşkil olunan beynəlxalq ordu oyunlarında iştirak edir. Hərbi oyunlara daxil olan "Dəniz Kuboku” müsabiqəsi isə Azərbaycanın Xəzər dənizi sularında keçirilir. Bu il isə hərbçilərimiz Rusiya tərəfinin təşkil etdiyi hərbi orkestrlərin iştirakı ilə keçirilən ”Spasskaya Başnya” adlı layihədə iştirak edəcəklər. Bir sözlə, iki ölkə arasında hərbi sahədə əməkdaşlığımız genişlənir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil