"Bizə lazım olmadı" - O torpaqları QMİ özü təhfil verib




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-dən 1770 hektar torpaq sahəsinin alınması məsələsinə aydınlıq gətirib.
Trend xəbər verir ki, A.Paşazadə bildirib ki, o torpaqları QMİ özü təhfil verib.

A.Paşazadənin sözlərinə görə, həmin ərazilər vaxtilə Azərbaycana pənah gətirən mesxeti türklərinin yerləşdirilməsi üçün verilmişdi: "Onlar Azərbaycana gəldilər və mən də ulu öndər Heydər Əliyevə müraciət etdim. Ulu öndər o savxozu bizə ayırdı ki, mesxeti türklərini orada yerləşdirək. Bu gün isə məsələ öz həllini tapıb və o ərazi artıq bizə lazım olmadığı üçün geri qaytarırıq”.