Ekspertin sözlərinə görə, dövlət başçısı BMTM-i yaratmaqla problemi kökündən həll edib:
BMTM təqdir edildi: “Prezident problemi kökündən həll edib”
15:02 20.02.2019
Arxiv
541
"Dünyanı idarə edən böyük güclərin xarici siyasətini və strateji planlarını beyin mərkəzləri həyata keçirir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitik bildirib ki, istənilən region, yaxud konkret hansısa ölkəyə qarşı siyasətin formalaşması məhz bu tipli mərkəzlərin apardığı gizli araşdırmalar nəticəsində ortalığa qoyulur:
"Beyin mərkəzləri düyanın hegemon dövləti olan ABŞ-da daha çox inkişaf etmiş strukturdur. Əslində bir müddət əvvəl Azərbaycanda buna bənzər qurum - Strateji Araşdırmalar Mərkəzi yaradılmışdı, ancaq daha sonra ləğv edildi. Hesab edirəm ki, mərkəzin ləğvi düzgün qərar idi.
Çünki təşkilatın fəaliyyəti qənaətbəxş deyildi. İndiyə qədər heç bir ciddi siyasi və geo-siyasi araşdırmalar aparılmamışdı. Əgər bu yöndə ciddi addımlar atılmış olsaydı, ən azından mediada əks olunardı. Təəssüflər olsun ki, SAM-in işi sadəcə mənasız konfranslar keçirmək, lazımsız xarici ekspertləri ölkəyə gətirməkdən ibarət olub”.
Ekspertin sözlərinə görə, dövlət başçısı BMTM-i yaratmaqla problemi kökündən həll edib:"Mən belə mərkəzin təsis edilməsini müsbət addım kimi dəyərləndirirəm. Ancaq qurumun yaradılması nə qədər mühümdürsə, təşkilatın sonrakı fəaliyyəti də bir o qədər əhəmiyyətlidir. Hələlik Mərkəzin fəaliyyəti barədə danışamaq tezdir. Əgər qurum üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirərsə, Azərbaycanın xarici siyasətinə müsbət mənada təsir göstərə bilər”.
Siyasi şərhçi Beyin Mərkəzinin vəzifəsinin sadəcə araşdırmalar aparmaqla məhdudlaşmadığını deyib:
"Paralel olaraq Azərbaycanda fəaliyyəti göstərən siyasi təşkilatlar və təcrübəli siyasətşünaslar da prosesə cəlb edilməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin yeni yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Publik şəxs kimi fəaliyyət göstərəcək BMTM-nin əsas missiyası dünyada və regionda baş verən prosesləri təhlil etmək, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparmaq, dövlət orqanlarını elmi-təhlili materiallarla təmin etməkdir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm