“Boğub yerə saldım, sonra çəkiclə vurdum” – Nənəsini öldürən qızın etirafı -Video
10:05 15.10.2018
Arxiv
711
Nənəsini öldürən gənc qız cinayət hadisəsi barədə danışıb.
15 il həbs cəzası verilən Reyhan Davudova nənəsini öldürməsindən danışıb:
"Şəki şəhərində anadan olmuşam. Atamla anam ayrılıblar. Atamın himayəsində olmuşam. 26 yaşımda 1-ci dəfə tutuldum. Əynimdə hərbi forma var idi. Sənəd istədilər. Gətirdilər polis şöbəsinə, ordan da aparırdılar psixiatriya xəstəxanasına. 1-2 gündən sonra baxırdılar ki, heçnəyim yoxdur buraxırdılar. Sonra özümdə problemlər, tutulmalar yaranırdı. Özümü ələ alırdım.
Qorxurdum ki, nəsə hadisə törədə bilərəm. Özüm həkimə müraciət edirdim. Deyirdilər keçicidir. Gündüzlər nənəmin yanında olurdum. Nənəm məndən qorxurdu ki, nəsə hadisə olar. Mən hicabda olurdum. Namaz qılmağa, mağazaya gedəndə, mənə başqa cür yanaşırdılar. Anamı təhqir edirdi ki, əxlaqsızsız. Mənim də xoşuma gəlmirdi”.
Məhkum daha sonra qətli törətdiyi həmin gecədən danışıb:
"Həmin sözləri dedi, təhqir etdi. Mən də dispanserdən gəlmişdim. Çərçivədən çıxaraq təhqir etdi. Mən də özümü ələ ala bilmədim, onu boğaraq qətlə yetirdim. Boğulmuş vəziyyətdə idi. Mən də çəkdim saldım yerə, çəkiclə vurdum. Özümü cilovlaya bilmədim. Burada cavanlığım gedir. Əsas anadır. Anam tutularkən özü dalımca gəldi.
Özüm polis şöbəsinə gedib təslim oldum. Nənəmin 10500 pulu, 1 kiloya yaxın qızılın gətirdim. Elə şeyə görə qətl törətməzdim. Gələrlər ki, evdə meyit var, onları oğurlayarlar üstümdə qalar. Bunları təhvil verdim ki, bunlara görə törətməmişəm. Məhkəmədə mənə hökm oxundu. Dedilər son sözün nədir? Dedim ki, yalnız dayımdan üzr istəyirəm. Heç kim yanıma gəlib-getmir. Təkcə dayımın gəlməsini istəyərdim”.(azxeber.com)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi