Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
16:11 24.06.2021
Arxiv
444
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Debora Bronnert bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Sherg.az" APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfir Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" tipli minadaşıyan gəminin Rusiya Federasiyasının Qara dənizdəki dövlət sərhədini pozması ilə əlaqədar nazirliyə dəvət olunub.
Britaniyalı diplomatın diqqətinə çatdırılıb ki, Rusiya bu hərəkəti təxribatçı və təhlükəli hesab edir.
"Bu cür təxribatlara və onların mümkün nəticələrinə görə bütün məsuliyyət Britaniyanın üzərinə düşür", - deyə Rusiya XİN-dən bildirilib.
Qeyd edək ki, iyunun 23-də Rusiya MN məlumat yayaraq, Britaniyaya məxsus "Defender" tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunub ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi "Defender" gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə