Britaniyada əhalinin gəlirləri azalmağa başlayıb





Britaniyada əhalinin gəlirləri azalmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Milli Statistika Komitəsindən verilən açıqlamaya görə həftəlik ortalama gəlir 2.2 faiz artıb. Bu da ötən dövrlə müqayisədə azalma deməkdir. Ölkədə son üç ayda inflyasiya səviyyəsi 3 faiz olub. Yaşayış xərcləri isə 0.4 faiz azalıb. Bundan başqa ölkədə işsizlik səviyyəsi azalıb. Lakin əmlak maliyyələşdirilməsinin isə daha da pisləşəcəyi proqnozlaşdırılıb.