Bu ay Bakıda qeydə alınan isti iqlim normasından 7 dərəcə yüksək olub
13:13 17.05.2021
Arxiv
675
Bu ay Bakıda qeydə alınan isti iqlim normasından 7 dərəcə yüksək olub
“Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksəkdir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onu sözlərinə görə, son 10 il ərzində isə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 1 dərəcədən 3,2 dərəcəyədək yüksək olub: “Bu ilin may ayının 15-dən Abşeron yarımadasında havanın maksimal temperaturu artıq 32-35, mərkəzi-aran rayonlarında 32-36, dağlarda 22-24, Naxçıvan Muxtar Respublikasında 27-32 dərəcəyə kimi yüksəlib. Bakıda isə qeydə alınan 32,7 dərəcə isti may ayının iqlim normasından 7,6 dərəcə yüksək olsa da, bu ay üçün ən isti hava 2007-ci ilin ayın 29-da olub və həmin gün havanın maksimal temperaturu 35,5 dərəcəyədək qalxıb”.
U.Tağıyeva qeyd edib ki, bu ilin may ayının birinci yarısında düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 27-68 mm (aylıq normanın 76 faizi), Balakən-Şəki zonasında 16-128 mm (aylıq normanın 71 faizi) , Mərkəzi-aran zonasında 9-89 mm (aylıq normanın 65 faizi), Tərtərdə 89 mm (aylıq normanın172 faizi), Lənkəran-Astara zonasında 22-40 mm (aylıq normanın 59 faizi) olub:
“Bakıda və Abşeron yarımadasında yarım ay ərzində 11 mm-dək düşən yağıntı aylıq normanın 58 faizini təşkil edir. Çoxillik meteoroloji müşahidələrə görə 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106-mm-ə çatıb ki, bu da çoxillik normadan 5.4 dəfə çoxdur”.
Xidmət rəisi əlavə edib ki, yaxın günlərdə havanın küləkli keçməsi temperaturun bir neçə dərəcə aşağı enməsinə səbəb olacaq:
“Bakıda temperatur 25-30 dərəcə intervalında dəyişəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət