"Bu, Azərbaycanın diplomatik üstünlüyünün nəticəsidir” - Üçtərəfli görüş
08:52 29.11.2017
Arxiv
501
"Müxtəlif ölkələrin xarici işlər nazirlərinin məhz Bakıda görüşməsi Azərbaycanın diplomatik üstünlüyünün nəticəsidir”.
Bu barədə "Sherg.az”a Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşü ilə bağlı danışarkən politoloq Fikrət Sadıqov bildirib.
O qeyd edib ki, Azərbaycan ona dəstək verən, yardım göstərən dövlətlərlə müəyyən layihələr çərçivəsində ikitərəfli münasibətləri genişləndirir:
"Bunun bariz sübutları Bakı-Tbilisi-Qars layihəsi, ikitərəfli, üçtərəfli həyata keçirilən iri layihələrdir. XİN rəhbərlərinin görüşü də hər üç ölkənin maraqlarına cavab verməlidir. Demək olar ki, beynəlxalq tribunalarda hər üç ölkə eyni mövqedən çıxış edir. Həmçinin Türkiyə və Pakistan Azərbaycanın strateji partnyoru, müttəfiqidir.
Bu iki dövlət bizə yardım göstərir, onlarla müxtəlif hərbi-texniki sazişlərimiz var. Başqa sahələrdə də münasibətlərimiz yaxındır. Dövlətlər öz mövqelərini beynəlxalq strukturlarda açıq şəkildə bildirir, Azərbaycanın maraqlarını müdafiə edir. Bunu yüksək qiymətləndiririk. Növbəti görüşdə də belə məsələlər müzakirə ediləcək, bu dövlətlərlə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək”.
30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın ürəyi - İstanbul prosesi” yeddinci nazirlər toplantısına gəlincə isə politoloq bəyan edib ki, toplantıda daha yaxın, sıx əməkdaşlıq haqqında razılıq əldə ediləcək:
"Dünyada ciddi hadisələr baş verir. Qərblə Rusiya arasında qarşıdurma yaşanır. Postsovet məkanında xoşagələn hadisələr qeydə alınmır. Burada da bir sıra aparıcı ölkələrin marağı ön plandadır.
Belə böyük toplantılarının keçirilməsi Azərbaycanın maraqlarına cavab verir və dövlətimizin burada rolu önəmlidir. Dünyada gedən proseslərin fonunda həm Azərbaycan, həm də əməkdaşlıq etdiyimiz digər dövlətlər üçün birlikdə olmaq önəmlidir”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçiriləcək görüşlərlə əlaqədar noyabrın 30-da Azərbaycana səfər edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya