"Gecə saatlarında yol qəzaları daha çox baş verir. Bu da rayonlararası yolların işıqlandırılmasının olmamasından irəli gəlir. Bakı-Qazax yolunda təxminən Goranboy rayonuna qədər ikizolaqlı hərəkət təmin edilib. Lakin buradan sonra hərəkət tam təhlükəsiz təmin edilmədiyindən qəzalara yol aça bilir. Sürücülərimiz isə bunu bilə-bilə ötmə əməliyyatı həyata keçirir, ara məsafəsini düzgün saxlamır, bir-birlərinə maneə törədirlər.
"Bu, bütün ölkəni narahat edir"
12:27 05.09.2017
Arxiv
988
Elməddin Muradlı: "Məsuliyyətli şəxslər sükan arxasında olarkən özlərinin və başqalarının həyatını düşünməlidir”
"Gecə saatlarında yol qəzaları daha çox baş verir. Bu da rayonlararası yolların işıqlandırılmasının olmamasından irəli gəlir. Bakı-Qazax yolunda təxminən Goranboy rayonuna qədər ikizolaqlı hərəkət təmin edilib. Lakin buradan sonra hərəkət tam təhlükəsiz təmin edilmədiyindən qəzalara yol aça bilir. Sürücülərimiz isə bunu bilə-bilə ötmə əməliyyatı həyata keçirir, ara məsafəsini düzgün saxlamır, bir-birlərinə maneə törədirlər.
"Yol qəzalarında insan tələfatının artması bütün ölkəni narahat edir”.
Bunu "Sherg.az”a yol qəzalarının statistikasına münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, yol qəzaları sürücülərin səhlənkarlığı və yol infrastrukturunda olan nöqsanlardan baş verir:
"Gecə saatlarında yol qəzaları daha çox baş verir. Bu da rayonlararası yolların işıqlandırılmasının olmamasından irəli gəlir. Bakı-Qazax yolunda təxminən Goranboy rayonuna qədər ikizolaqlı hərəkət təmin edilib. Lakin buradan sonra hərəkət tam təhlükəsiz təmin edilmədiyindən qəzalara yol aça bilir. Sürücülərimiz isə bunu bilə-bilə ötmə əməliyyatı həyata keçirir, ara məsafəsini düzgün saxlamır, bir-birlərinə maneə törədirlər.Magistral yolun ətrafında yerləşən rayon və kəndlərdə əhali arasında maarifləndirmə aparmaq lazımdır. Məsələn, sakinlər qaranlıq vaxtlarda mal-qaranı yola çıxarır, ağır texnika ilə əsas yolda təhlükə vəziyyəti yaradırlar.
Yolların qaydasında olması, işıqlandırılması və təhlükəsizliyi həm də Azərbaycana pul gəlməsini təmin edir. Xarici maşınların, yük avtomobillərinin ölkəmizdən keçməsi o deməkdir ki, bunun üçün pul ödəyirlər”.
Bakı-Qazax yolunda sanki kabus dolaşdığını deyən E.Muradlının sözlərinə görə, bu yolda qəzasız gün olmur və qəzaların əksəriyyəti sürücülərin yaradılmış imkanlardan düzgün istifadə etməməsindən yaranır:
"Gecə yola çıxan sürücülər var. Maşında yuxu tutur və idarəetməni itirir. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi postlarda hər şərait yaradıb. Mütəmadi olaraq sürücülərə xəbərdarlıq edilir. Lakin sürücülər bu məlumatlara əhəmiyyət vermirlər.
Bəzi sürücülər inanmır ki, DYP-yə məxsus polis məntəqələrində hər şərait yaradılıb. Lakin həqiqətən, sürücülərin rahatlığı üçün imkan verilir. Məsuliyyətli şəxslər sükan arxasında olarkən özlərinin və başqalarının həyatını düşünməlidir”.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən avqustun 26-na qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu hadisələr nəticəsində isə 110 ölüm, 340 xəsarət baş verib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman