Bu dəfə əksi yaşandı: Fil maşını döndərib brakonyeri ayaqladı, cəsədini şirlər dağıtdı - Video






Cənubi Afrikada Krüqer milli parkında qəzəbli fil bakonyerin maşınını döndərərək, onu ayaqlayıb və sonra cəsədini şirlər darmadağın edib.

"Sherg.az” "nouvelobs.com”a istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı 4 nəfər günahkar saxlanılıb.

Məlumata görə, aprelin 2-də sözügedən parka çöl donuzu ovlamağa gələn brakonyer parkın içərisində avtomobillə yolu keçmək istəyərkən qəzəbli fillə qarşılaşır. Fil avtomaşını döndərərək brakonyeri tapdalayır. Şirlər onun cəsədini parçaladıqdan sonra yalnız kəllə sümüyü və şalvarı tapılır.


Parkın direktoru Qlen Flips onun ailəsinə baş sağlığı və bildirir:

Oncə onun ailəsinə baş sağlığı verirəm. Onu da xatırladım ki, o parka qanunsuz daxil olub. Parka qanunsuz daxil olmaq isə təhlükəlidir. Biz dəfələrlə bəyan etmişik ki, icazəsiz, qanunsuz olaraq parka daxil olmaq olmaz. Amma bəzən bizi eşitmirlər və bu da nəticə. Artıq məslə ilə bağlı araşdırmalara başlanılıb. Bu işdə günahı olan 4 şəxs saxlanılıb.

Qeyd edək ki, Krüqer parkının sahəsi 20 000 km²-dir. Mozambiqlə sərhəddə yerləşir. Burada çöl donuzu çox olduğu üçün brakonyer bura tez-tez gəlir.

Yazıda o da vurğulanır ki, ilk belə hadisə 2018-ci ildə baş verib. Həmin hadisədə fil bir brakonyerə hücum etmişdi. Amma o xəsarət alsa da qaçıb canını qurtara bilmişdi.


Tərcümə etdi: Ayyət Əhməd