Bu məhsullar bahalaşıb - SİYAHI
05:55 03.01.2019
Arxiv
561
2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
"Sherg.az"ın məlumatına görə, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Ət məhsulları” qrupu 0,2 faiz, "Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, "Tərəvəzlər” qrupu 4,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, "Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, "Araq, brendi (konyak)” qrupu 3,4 faiz, "Çaxır” qrupu 0,9 faiz, "Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim” qrupu 0,3 faiz, "Ayaqqabı” qrupu 0,1 faiz, "Mebel və ev əşyaları” qrupu 0,1 faiz, "Məişət cihazları” qrupu 0,3 faiz, "Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, " Tibb təyinatlı digər məhsullar" qrupu 0,3 faiz, "Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, "Velosipedlər” qrupu 2,7 faiz, "Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, "Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, "İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı" qrupu 0,4 faiz, "Avtomobillərin təmiri” qrupu 0,7 faiz, "Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, "Mehmanxana xidməti” qrupu 1,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, "Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol