Ölkə başçısının 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən həyata keçirilir.
QTA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Agentlik tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.
Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.
Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.
İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar
Sıra sayı
Məhsulun adı
İstehsalçı (firma və ölkə)
Müayinənin nəticəsi
1
SEDALİN FORTE
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ
mənfi rəy
2
LARGOVIT KIDS
"Pharmaex Rom İndustry", Rumıniya
mənfi rəy
3
MAX POWDER WOMAN
"S.C Laboratoarele Medica S.R.L." Türkiyə
mənfi rəy
4
Lipocalin
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ
mənfi rəy
5
DETRIVI
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə
mənfi rəy
6
CHONDROCHOL
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə
mənfi rəy
7
VITAZIM
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə
mənfi rəy
8
ORGENZYME
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə
mənfi rəy
9
VENOLAST
"Gricar Chemical S.R.L." İtaliya
mənfi rəy
10
Qrenofa
"Wallmark" Çex Respubilkası
mənfi rəy
11
Miks Nevro
"TİVİT" Litva
mənfi rəy
12
FERROFOL
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə
mənfi rəy
13
ASFERTİL N30
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti
mənfi rəy
14
SİTRATİN
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti
mənfi rəy
15
UROLİZİN
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti
mənfi rəy