Bu MƏMURLARIN əl-qolu bağlanır

"Daha onlar özbaşınalıq edə bilməyəcəklər"


Son zamanlar Azərbaycanda məktəb direktorlarının və direktor müavinlərinin özbaşınalıqları ciddi araşdırılır və buna qarşı adekvat hüquqi tədbirlər görülür. Məsələn, Zərdabda məktəb direktorunun məktəblini zorlama ittihamı ilə həbs olunması, bundan başqa Bakı şəhəri 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın, həmçinin məktəb direktoru Elşən Qafarovun da məsuliyyətsizlik ucbatından işdən azad olunmaları fikirlərimizin tədiqi sayıla bilər.

Təbii ki, bunlar Azərbaycanın hüquqi dövlətə çevrilməsi yolunda addımlarının bariz nümunəsi kimi dəyərləndirilir. 

Bu istiqamətdə atılan addımları müsbət qiymətləndirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşunas Əliməmməd Nuriyev Sherg.az-a söyləyib ki, bu sahədə Təhsil Nazirliyinin addımları çox əhəmiyyətlidir: "Nazirliyin məsələlərə bu cür intizamlı yanaşması məsuliyyətli mövqeyinin göstəricisidir. Bu ondan xəbər verir ki, Nazirlik artıq bütün sahələrə diqqətini yönəldib. Yarana biləcək problemlərin əvvəldən yerində araşdırılması və ölçü götürülməsində operativlik nümayiş etdirir”.

Ə. Nuriyev onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən maddələrin ciddi tətbiq edilməsi məmurların, o cümlədən təhsil sahəsində çalışan işçilərin daha məsuliyyəli fəaliyyət göstərməsinə şərait yaradacaq.

Ayyət Əhməd