"Bu məntəqədə də heç bir qayda pozuntusu qeydə alınmayıb" - Xarici müşahidəçilər

"16 saylı Yasamal II seçki dairəsinin İncəsənət Gimnaziyasında yerləşən 14 saylı məntəqəsində 1231 seçici qeydiyyatdadır. Bu məntəqədə saat 16:00-a qədər 650-ə yaxın secici səs verib".
Bunu "Sherg.az"-a açıqlamasında adıçəkilən məntəqənin sədri Elnarə Əliyeva deyib. Onun sözlərinə görə, üç seçici səyyar qutu üçün müraciət edib:
"Seçicilər arasında 20-yə yaxın yetmiş yaşdan yuxarı seçici var. Məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb. İki nəfər isə sonradan qeydiyyata düşüb".
E.Əliyeva bildirib ki, Fransa, Polşa, Amerika və Rusiyadan olan müşahidəçilər məntəqəyə baş çəkiblər:
"Hazıra qədər heç bir qayda pozuntusu qeydə alınmayıb".
Qeyd edək ki, bu gün səsvermə 20:00-da başa çatacaq.
Aysel Aslan