"Bu məntəqədə səsvermə prosesi şəffaf şəkildə davam edir" - MDB müşahidəçiləri

Hazırda 16 saylı Yasamal II seçki dairəsinin 8 saylı seçki məntəqəsində ciddi seçici aktivliyi müşahidə olunur. Hazırda məntəqədə növbələnmə yaranıb.
"Sherg.az"ın məntəqədə olan əməkdaşının verdiyi xəbərə görə, məntəqə sədri Münəvvər Yusubova deyib ki, bu saata kimi 600 nəfərə qədər seçici səs verib:
"Məntəqəmizdə 1326 nəfər seçici qeydiyyatdadır. Xüsusilə gənc seçicilərimiz aktivlik nümayiş etdirir. Saat 12:30-a qədər isə 12 nəfər 80 yaşdan yuxarı seçici məntəqəyə gəlib, səsini verib".
M. Yusubova yurğulayıb ki, seçki prosesini yerli və xarici müşahidəçilər izləyir:
"Məntəqəmizdə MDB müşahidəçiləri Lyudmilla Ananyevo, Oksana Puşkina, Dmitri Savalyov, Dostluq qrupunun əməkdaşlarından isə Kamil Aydın, Necdet Ünüvar, Aras Nureddin,Uğur Bayraqtutan səhər saatlarından seçki prosesini müşahidə etdilər. Heç bir qayda pozuntusu qeydə almadılar. Prosesin şəffaf şəkildə keçirildiyini vurğuladılar".
Aysel Aslan