"Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi"
Bu nə birinci faktdır, nə də sonuncu...
"Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həm də dərs almalıdırlar"
"Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi"
"Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi"
"Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, "Drakon” obrazını canlandıran Rza Rzayevlə məktəb direktoru arasında qalmaqal yaşanıb.
Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.
220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı-red.) tərəfindən aktyora qarşı ağır ifadələr işlədilib. Bundan sonra tərəflər arasında dava düşüb. İnsident Nizami rayonu 25 saylı Polis Bölməsinin qarşısında da davam edib. Belə ki, T.Mirzəliyevin yaxını bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb.
Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilib. Qeyd edək ki, bir sıra KİV-lərdə guya təkcə T.Mirzəliyevin xəsarət alması haqda məlumat yayılıb. Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub.
R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya gedəcəyini bildirib.
Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...
Təhsil naziri Ceyhun Bayramov da Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.
Trend-in məlumatına görə, C.Bayramov mətbuat konfransında deyib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır:
"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, BŞTİ Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.
Məlumatda qeyd edilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiqi və bədən xəsarətləri yetirilməsi ölkənin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır. Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Sosial şəbəkələrdə və mətbuatda 175 nömrəli məktəbin direktoru Tural Elmioğlu və tanınmış aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması ilə bağlı yayılan məlumatlara münasibət bildirən təhsil eksperti Kamran Əsədov bu hadisənin çox təəssüfləndirici olduğunu deyib: "Bu vəziyyət istənilən halda yaxşı və arzuolunan deyil. Onlar arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyəti üzrə əməli addım atmalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeyində qaldı. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı biri-birinə sosial şəbəkələr və mətbuat vasitəsilə açıq müharibə elan etmişdilər və bu, onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə onlara kim dözümsüzlük nümayiş etdirsə, o, ilk hücuma keçəcəkdi.
Çünki hər iki tərəfin haqlı arqumentləri var idi.
Azərbaycanla Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə, iki vətəndaş arasındakı münasibətləri aidiyyəti qurumlar tənzimləyə bilmirsə, deməli, günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təəssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Hər kəsdən əsəblərinə hakim kəsilməyə və bir millət olaraq, biri-birimizə qarşı dözümlülük, səbr göstərməyi arzu edirəm. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm”.
Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayevin isə xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxs olduğunu qeyd edən K.Əsədov düşünür ki, bu ifadələr çox məsələdən xəbər verir.
Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhrəmanı olaraq nümunə gətirilməli idi. Bizim məktəblər onu məktəblərə dəvət edib şagirdlərlə görüşdürməli idilər, özümüzün müasir qəhrəman obrazımızı tanıtmalı idilər: "Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırıcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nə də sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həm də dərs almalıdırlar. Hansısa instident baş verəndə, "semiçka” çırtlayıb detektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil.
Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu, ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tural bəy məktəbə necə daxil olub rəhbərlik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Bunlar yaxşı nümunə deyil, hörmətli TN və BŞTİ, inanın ki, yaxşı deyil. Belə hadisələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi. Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.
Şəymən