Bu ölkənin daha 23 əyalətində maska taxmayacaqlar - Yumşaldılır

ABŞ-da Prezident Co Bayden koronavirus tədbirlərinin davam etməsi mövqeyini qoruyur.
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, ölkədə Texas əyalətinin tətbiq etdiyi maska ​​taxma öhdəliyini ləğv etmək qərarına daha 23 əyalət əlavə edilib. 
Maska taxma tələbini ləğv edilən əyalətlər arasında Alabama, Alyaska, Arizona, Arkansas, Florida, Corca, Aydaho, Indiana, Kansas, Mississippi, Missouri, Montana, Nebraska, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota , Tennessi, Texas, Yuta, Viskonsin və Vayominq yer alıb.
Qeyd edək ki, ABŞ-da  rekor dərəcədə gündəlik peyvəndləmə sayı 5 milyona çatıb. Ölkə daxilində təxminən 75 milyon insan peyvənd edilib, 121 milyon insan isə ilk doz peyvəndini alıb.