"Büdcəni artan neft gəlirləri hesabına şişirtməklə məşğuldurlar" - EKSPERT
08:15 25.06.2018
Arxiv
847
"Dövlət büdcələrinin artması yeni layihələri həyata keçirməyə imkan verəcək"
Bu barədə "Sherg.az”a maliyyə naziri Samir Şərifovun dövlət büdcəsinə yenidən baxılması iə bağlı təklifinə münasibət bildirərkən İqtisadi Təşəbbüslərə Yardım Təşkilatlarının rəhbəri Azər Mehdiyev bildirib.
Onun sözlərinə görə, hələ ki büdcəyə yenidən baxmaq üçün bütün parametrlər tam açıqlanmayıb:
"Ancaq açıqlanan məlumatlara görə, büdcədə dünya bazarında neftin qiymətinin yüksək olması qiymətdən əlavə gəlir əldə etməyə imkan verir. Dövlət bu gəlirlərdən istifadə etməklə daha çox xərcləmələr nəzərdə tutur. Söhbət təkcə büdcənin vergi gəlirlərinin armasından getmir. Büdcəni 2 milyard manat civarında artırıblar ki, onun əksər hissəsi təqribən 1,5 milyarda qədəri Dövlət Neft Fondundan (DNF) daxil olub. Bu məqamda vergi gəlirlərindən büdcənin armasını demək doğru olmaz. Bu DNF-a daxil olan vəsaitdir.
Həmin vəsaiti sadəcə olaraq hansısa bir layihələrə yönəltmək məqsədi daşıyır. Sırf büdcənin gəlir artımı təqribən 0.5 milyard manatdır. Həmin artımı da maliyyə naziri elan edib ki, neftin bahalaşması nəticəsində xarici şirkətlərin vergi ödənişinin artırılması hesabına baş verəcək. Yəni birbaşa gəlir artımının hamısı neft gəlirləri hesabınadır. 2009-2013-cü illər arasındakı dövrdə olduğu kimi, büdcəni artan neft gəlirləri hesabına şişirtməklə məşğuldurlar.
Bu xərclərin çox cuzi hissəsi əmək haqqlarırna və digər sosial layihələrə yönəldilib. Artan xərclərin əsas hissəsi yenə iri dövlət şirkətlərinin subsidiyalaşdırılmasına verilir. Xüsusi ilə də burada vəsaitin böyük bir hissəsi Dövlət Neft Şirkətlərinə verilir. Artan vəsait yenidən neft- qaz layihələrinin işlənməsinə xərclənəcək"
Qeyd edək ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə yenidən baxlılmasının zəruni olduuğunu bildirib:
O bildirib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi büdcəyə yenidən baxımağı zəruri edir.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat