Bundestaqda yeni sənəd: “Almaniya Ukrayna ilə bağlı qətiyyətlə hərəkət etməlidir”




Almaniyanın Azad Demokratlar Partiyasından olan deputatlar (FDP) Donbasdakı münaqişə ilə bağlı Bundestaqa yeni qanun layihəsi təqdim ediblər.

"Sherg.az” Rusiya KİV-ə istinadən bildirir ki, "Ukraynaya yeni bir impuls lazımdır" adlı sənəddə, Rusiyanın təzyiqi və təhdidi ilə əlaqəli almaniyalı sülhməramlılardan BMT missiyasına əlavə qüvvələrin cəlb edilməsi təklif olunur. Parlamentarilər belə hesab edirlər ki, bu addım Ukraynanın şərqində problemin həllinə kömək edəcək.

Bundestaq deputatı Renata Alt deyib ki, Almaniya Ukraynanı daha yaxşı dəstəkləməli və qətiyyətlə hərəkət etməlidir. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmış Donbas sakinlərinə Rusiya pasportlarının verilməsi haqqındakı sərəncam münaqişənin sülh yolu ilə həllinə maneə törədir.

Anar