"Bunlar uşaqlara ana bətnində ziyan vurur" - Analar, mütləq oxuyun !







"Fiziki məhdudiyyətli uşaqların doğulmasına ilkin səbəb anaların hamiləlik zamanı ciddi stress keçirməsidir”.

Bunu "Sherg.az”a anadangəlmə fiziki məhdudiyyətli doğulan uşaqlar haqqında danışarkən pediatr Kəmalə Əmrahova söyləyib. 

O vurğulayıb ki, qadınlar hamiləlik dönəmində və ondan bir müddət əvvəl hökmən müayinə olunmalıdır:

"Əsəb, gərginliklər uşaqlara ana bətnində ziyan vurur. Ana bətnində formalaşan uşağın bu dönəmi ilk 3 ayına qədər gedir. Bu müddətdə ana gərginlik yaşadısa, mənfi hadisələr baş verdisə, uşaqlara ziyandır. İlk belə zərbədən sonra uşağın formalaşmasında problemlər yaranır, nəticədə bəzi uşaqlar fiziki məhdudiyyətli doğulur.

Elə xəstəliklər var ki, onların qarşısını sonradan almaq mümkündür. Müalicə və ya əməliyyat sayəsində uşaqları bu cür fiziki məhdudiyyətdən azad etmək olar. Amma anomaliya kimi problemlərin qarşısını almaq olmur. Ana bətnində bu cür hallar aşkarlandıqda valideynlərə məlumat verilir.

Anadangəlmə inkişaf qüsurlarının yaranma səbəblərinə anada olan virus infeksiyaları da daxildir. Məxmərək, suçiçəyi, cinsi yolla keçən infeksiyalar və s. nəticəsində uşaqlarda inkişaf qüsurları yaranır. Ona görə, analar hamilə qalmazdan əvvəl də mütləq müayinədən keçməlidirlər”.

Qeyd edək ki, bu il 538 fiziki məhdudiyyətli uşaq dünyaya gəlib.

Aysel Aslan