Buşehr AES fəaliyyətini bərpa edir




İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) fəaliyyətini bərpa edir.

Trend-in məlumatına görə, bunu İranın Buşehr AES-in istismarı şirkətinin icraçı direktoru Hüseyn Qəffari deyib.

Onun sözlərinə görə, stansiya əsaslı təmirlərdən və yanacağın yerləşdirilməsindən sonra sabah yenidən fəaliyyətə başlayacaq.

Buşehr AES fevraldan təmirlərə görə işini dayandırmışdı.