
Buz kimi sinif otaqları...
21:07 26.10.2016
Arxiv
989
Ramanadakı vaqon məktəbə hələ əncam çəkilməyibBurada təhsil alan 120 şagirdin vəziyyətini təsəvvür etmək çox çətindir

Xəbər verdiyimiz kimi, Bakının Ramana qəsəbəsində məskunlaşan Qubadlının Xanlıq kənd orta məktəbinin şagirdləri vaqon-məktəbdə təhsil alırlar. Məlumata görə, şagirdlərin təhsil alması üçün bir neçə köhnə vaqon birləşdirilərək "məktəb” düzəldilib. Ümumi ölçüsünə nəzər salanda bəlli olur ki, bu təhsil ocağı təxminən 3-4 vaqonun birləşməsindən ibarətdir, sinif otaqları da təbii ki, kupelərdir.
Otaqlar balaca və ensizdir. Şəraiti acınacaqlı olan dəmir vaqonların "sinif”ləri buz kimi soyuq olur. Partalar köhnə taxtalardan kustar üsullarla hazırlanıb. Uşaqların əynində məktəbli forması olmasa da, hamısı mümkün qədər qalın geyinib. Sinif otaqları da, dəhliz də kifayət qədər soyuqdur. Şaxtalı qış aylarında məktəblilərin burada təhsil aldığını nəzərə alsaq, onların nə qədər çətinlik çəkdiyini, sağlamlıqlarının nə dərəcədə təhlükədə olduğunu təsəvvür etmək çətin deyil.
Vəziyyəti dəyərləndirən təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, bu, çox acınacaqlı durumdur. Hər il Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən müasir məktəblər inşa olunub, istifadəyə verilir: "Qubadlı rayonunun vaqon məktəbinə əncam çəkilməməsi təəccüb doğuran məsələdir. Düşünürəm ki, vaqon məktəbdə təhsil alan 120 şagirdi ona yaxın olan ümumtəhsil məktəblərinin bazasına köçürmək olar. 1990-cı illərdə qaçqın və məcburi köçkünlərin kütləvi axını başlayanda məktəblər növbəli prinsipə keçmişdilər. Bu vaqon məktəbi də ona yaxın məktəbə köçürüb növbəli prinsipə keçirmək olar. Ümumiyyətlə, vaqonda keçirilən dərsin keyfiyyəti, orada dərs aparan müəllimin bilik səviyyəsi, şagirdlərin davamiyyəti, onların sağlamlığı, psixoloji vəziyyəti və başqa məsələlər ciddi sual doğurur. Həmin 120 şagirdin vəziyyətini təsəvvür etmək çox çətindir. 20 il müddətində bu məktəblə bağlı bir əncam çəkilməli idi. "Nədən indiyə qədər bu məsələ tənzimlənməyib” sualına cavab verməkdə çətinlik çəkirəm”.
Ekspert düşünür ki, Rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyi bu məsələni əlaqədar qurumlar qarşısında qaldırmalıdırlar: "Məktəb rəhbərliyini də təqsirləndirirəm. Yerli İcra Hakimiyyəti və Təhsil Nazirliyi (TN) qarşısında bu məsələni qoymaq olardı. Burada təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Şagirdlərə mühitin psixoloji təsirləri var. Yəni onlar düşünə bilərlər ki, biz qaçqın-məcburi köçkünük deyə, vaqonda təhsil alırıq, amma bizimlə qonşuluqda yaşayan uşaqlar müasir və bütün avadanlıqlarla təchiz edilmiş məktəblərdə təhsil alır. Bu, ayrıseçkilik təsirini bağışlaya bilər. Bu, yolverilməz haldır. Çünki Azərbaycanın iqtisadi inkişafından danışıldığı bir vaxtda, hər il yeni məktəblərin istifadəyə verildiyi bir dönəmdə vaqon məktəbin diqqətdən kənarda qalması sual doğuran məsələdir. Yerli Təhsil Şöbəsi bu məsələni qaldırmalıdır. Bütün aidiyyəti strukturlar hərəkətə keçib, məsələni yoluna qoymalıdırlar ki, həmin 120 uşaq da normal sinif otaqlarında təhsil ala bilsin. TN yeni bir layihə həyata keçirir. Bu layihə "kapriz”li şagirdlərin olduğu yerdə aparılacaq. Səyyar proqramlar həyata keçirilir. Belə olan halda nədən bu məktəb diqqətdən kənarda qalıb. Bu məktəbi də ən azından həmin layihəyə daxil etmək olardı”.
Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı diqqətə çatdırıb ki, bu, birinci hal deyil. Ölkəmizdə qəzalı vəziyyətdə olan çoxsaylı məktəblər var: "Uşaqlar orada əziyyət çəkirlər. Bu, birbaşa Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir. TN problemi həll etməlidir. Ona görə də, məlum məsələ hamını narahat edir. Gələcəyimiz olan uşaqların yaxşı təhsil alması üçün şərait olmalıdır. Bütün aidiyyəti qurumlar çalışmalıdır ki, problem həllini tapsın”.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat