Buzovnada yeni idman zalının açılışı olub
14:37 09.04.2018
Arxiv
1629
Bu gün Xəzər rayonunun Buzovna qəsəbəsində yeni idman zalının açılışı olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov idman zalının Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, nazirliyin sifarişi əsasında tikildiyini bildirib.
İdman zalında hər cür şəraitin yaradıldığını vurğulayan nazir diqqətə çatdırıb ki,uşaqlar, yeniyetmələr və gənclər burada idmanın sirlərinə yiyələnə biləcəklər: "Buzovna idman zalının istifadəyə verilməsi Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, bir neçə Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir".
Milli Məclisin deputatı, Azərbaycanın Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti, Rauf Əliyev çıxışında Buzovna sakinlərinin xahişi əsasında inşa edilən zalın qəsəbədə uşaq, yeniyetmə və gənclərin idmana daha geniş cəlb olunmalarına imkan yaradacağını deyib.
Qəsəbə sakini Hacı Soltan Əlizadə çıxış edərək qəsəbə sakinləri adından belə bir idman obyektinin tikilib istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi və bu idman obyektində gələcəyin güclü idmançıların yetişəcəyinə əminliyini bildirdi.
Çıxışlardan sonra mərasim iştirakçıları zalda yaradılan şəraitlə tanış olublar.
Ümumi sahəsi 1500 kvadratmetr olan ikimərtəbəli binada universal idman, trenajor zalları, şahmat, tədris, məşqçi, həkim, soyunub-geyinmə otaqları, inzibati kabinetlər və kafe var. Bina ən müasir avadanlıqla təchiz edilib. İdman zalının ərazisində süni örtüklü voleybol meydançası da yaradılıb. Buzovna idman zalı müasir havalandırma, işıqlandırma və yanğına qarşı mühafizə sistemləri ilə təchiz edilib. Buraya yeni su, qaz, işıq və rabitə xətləri çəkilib. Ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat