Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə telefonla danışdı






Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
"Report” DHA-ya istinadən xəbər verir ki, təşəbbüs Mayk Pompeodan gəlib.
Tərəflər arasında Suriyadakı vəziyyətin müzakirə edildiyi ehtimal olunur.
Qeyd edək ki, ABŞ-ın Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edib.