“...Çeçenlərin və azərbaycanlıların qürurlu xalqlar olduqlarını yaxşı bilirlər” – Professor
14:24 20.02.2019
Arxiv
499
"Moskvada çeçenlərlə Azərbaycanlılar arasında baş verən hadisə xüsusi kəşfiyyat orqanlarının hazırladığı təxribat idi”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Analitik bildirib ki, ssenarini hazırlayanlar çeçenlərin də, Azərbaycanlıların çox qürurlu xalqlar olduqlarını yaxşı bilirlər:
"Məqsəd iki milləti üz-üzə qoymaq və qarşıdurmadan yararlanmaq idi.
Allaha şükür olsun ki, onların təxribatı uğurlu alınmadı. Şübhəsiz ki, kəşfiyyat orqanları ilə bərabər bu məsələdə ermənilərin də əli var. Çünki ermənilər hər zaman çalışıblar ki, Azərbaycanla bağlı qarşıdurma yaratsınlar və bundan faydalansınlar.
Azərbaycan tərəfi hadisəyə vaxtında reaksiya verdi. Həm Prezidentin köməkçisi Əli Həsənov, həm Qafqazın şeyxi, həm də səfir Polad Bülbüloğlu məsələyə lazımi şəkildə münasibət bildirdilər. Eyni zamanda Çeçenistan rəhbərliyi də hadisəyə böyük diqqət ayırdı və nəticədə problem böyümədən qarşısı alındı”.
Professor bildirib ki, bu, bir siqnal idi, ona görə də kifayət qədər ehtiyatlı olmalıyıq:
"Ola bilər, bu tipli təxribatlar sabah tatarlarla, başqırdlarla və başqa müsəlmanlar planlaşdırılsın. Vurğulamaq lazımdır ki, Çeçenistan və Azərbaycan bu sınaqdan çox uğurla çıxdı. Amma bu həm də daxilə hesablanmış bir məsələ idi. Yaxşı olar ki, bəzi adamlar ağıllı olsunlar və dövlətin maraqlarına qulluq etsinlər. Qarşıdurma heç vaxt bizim ölkəyə xeyir gətirməyəcək. Bundan ancaq ermənilər yararlanacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya