Cəmi 3 kiloqram idi, bir ailə övladlığa götürdü

Skeletə bənzəyən görünüşündən indi əsər-əlamət qalmayıb
ABŞ-da xüsusi baxıma ehtiyacı olan 8 yaşlıı bolqar mənşəli Ryan Morse ölümün kəndarından onu övladlığa götürən bir ailənin sayəsində döndü.
Yeni doğulan körpə qədər kiçik olan 8 yaşlı Ryanın möcüzə kimi bir həyat hekayəsi var. Cücəlik sindromuyla dünyaya gələn Ryan üçün hər şey Priscilla Morse’nin onu ictimai mediada övladlıq
əldə edilmək üçün gözləyən yetim körpələr arasında görməsiylə dəyişdi. Xüsusi baxıma möhtac olan Ryan ailəsinin onu övladlığa götürdüyü zaman cəmi 3 kiloqram idi. O, indi sürətlə 10 kiloya çatıb və danışmağa belə başlayıb. Ryan amerikalı cütlük tərəfindən övladlığa götürülməzdən əvvəl həyatla mücadilə verən, hətta aclıqdan ölmək üzrə olan xüsusi qayğıya möhtac kimsəsiz bir uşaq idi. Keçən il çəkilən şəkilində sanki bir skeletə bənzəyən görünüşündən indi əsər-əlamət qalmayıb. Ailə ona öz uşaqları kimi baxır. Priscilla və David cütlüyünün Ryandan başqa 13 və 7 yaşında olan 2 bioloji uşaqları, bir də 2012-ci ildə Rusiyadan övladlığa götürdükləri Dovn sindromlu qızlarıda var.