" “Cənub Qaz Dəhlizi” Azərbaycana olan iqtisadi və siyasi marağı gücləndirəcək"





""Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün çox mühüm bir tarixi hadisədir" 

Bunu "Sherg.az"a millət vəkili Rauf Əliyev söyləyib.  Layihənin icrasına 2014-cü ildən başlanıldığını vurğulayan deputat diqqətə çatdırıb ki, onun reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır: 

"Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq. Bu layihədən 20 il öncə, 1994-cü ildə "Əsrin müqaviləsi” ni imzalamaqla həm Azərbaycanın gələcək inkişafı üçün həlledici imkanlar yarandı, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrildi. Ümumimilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Avropada enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. 

"Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, "Cənub Qaz Dəhlizi” XI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Ölkə başçısı  İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gücüstan, Türkiyə, Yunanıstaan, Bolqarıstan, Albaniya ərazisindən, eyni zamanda  Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdıralacaq. Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı reallaşdıran bir layihədir. 

Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir. "Cənub Qaz Dəhlizi”nin açlışı göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir".

Ayyət ƏHMƏD