Ceyhun Bayramov Fransa Senatının üzvü ilə görüşüb
17:48 21.05.2021
Arxiv
466
21 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Natali Qule ilə görüşüb.
Nazir Ceyhun Bayramov Fransa Senatının üzvünü səmimiyyətlə salamlayaraq, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. İkitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyini vurğulayan nazir, bu xüsusda qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Natali Qule səfərin bölgədəki vəziyyətlə bağlı məlumatın əldə edilməsi baxımından önəm kəsb etdiyini bildirib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: regional əməkdaşlıq və inkişaf perspektivləri” adlı videoformatda müzakirələr və bu çərçivədə Prezident İlham Əliyevlə aparılmış fikir mübadiləsini olduqca faydalı qiymətləndirib.
Tərəflər, azad edilmiş ərazilərdə minasızlaşdırma fəaliyyəti, hazırda yaranmış regional əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nazir, Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı məsələyə aydınlıq gətirərək, bunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri olduğunu və tərəflər arasında bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi