Ceyhun Bayramov: "Sahibkar universitet" modeli hazırda daha da aktullaşır
07:26 05.06.2018
Arxiv
325
Hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən artıq alim elmi tədqiqatlarla məşğul olur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.
C.Bayramov bildirib ki, son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. Patent alan ixtiraların sayı isə 159-dur ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub:
"İnnovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universitet" modeli hazırda daha da aktullaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou