Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun vəzifədə olduğu müddətdə mətbuatda çoxlu informasiyalar yayımlandı. Hətta şəhərə yeni təmizləmə qurğusunun gətiriləcəyi, dəniz suyunun zərərli maddələrdən mühafizə ediləcəyi deyilirdi. Amma bəzi digər məsələlər kimi bu da reallaşdırılmadı. Problemin həllinin yarımçıq qalmasının səbəbləri isə məlum deyil”.
"Çimərliklərimiz niyə xəstəlik saçır ? - İZAH
08:35 04.06.2018
Arxiv
623
"Çimərliklərdə zərərli maddələrin aşkar edilməsi hər il təkrarlanan problemdir”.
Bunu "Sherg.az”a Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil” və Səbail rayonunun Şıx çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olmasının səbəblərini izah edərkən AVCİYA-nın seçki qərargahının rəhbəri, Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, Sumqayıta yaxın olan Corat və Novxanı çimərlikləri nisbətən təmizdir:
"Sumqayıtın şəhər çimərliyində isə hər zaman gigiyenik problemlər, suyun tərkibində zərərli maddələrin aşkarlanması müşahidə edilir. Bu isə kanalizasiya xəttinin birbaşa dənizə axıdılmasından qaynaqlanır. Burada istifadə edilən təmizləyici qurğu normal işləmədiyinə görə, anti-sanitar vəziyyət yaranıb.
Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun vəzifədə olduğu müddətdə mətbuatda çoxlu informasiyalar yayımlandı. Hətta şəhərə yeni təmizləmə qurğusunun gətiriləcəyi, dəniz suyunun zərərli maddələrdən mühafizə ediləcəyi deyilirdi. Amma bəzi digər məsələlər kimi bu da reallaşdırılmadı. Problemin həllinin yarımçıq qalmasının səbəbləri isə məlum deyil”.Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət