Çİn və Macarıstan prezidentləri də Trampı təbrik edib



Çin prezidenti Xi Jinpink də Donald Trampı prezident seçilməsi münasibəti  ilə təbrik edib. 

Sherg.az Fransanın "Lesechos.fr" saytına istinadən xəbər verir ki, X.Pink ABŞ Çin əlaqələrinin  inkişafı istiqamətində D.Trampla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib: 

" Biz D.Trampla möhkəm, stabil inkişaf və ikitərəfli diplomatik münasibətlərin  qurulmasında maraqlıyıq".

Bundan başqa, D.Tramp Avropanın ən populist prezidentlərindən olan Macarıstan lideri  Viktor Orbanın da dəstəyini qazanıb.  D.Trampı öz fesybuk səhifəsində təbrik edən V.Orban qeyd edib ki, D.Trampın prezident seçilməsini çox xoş hadisə kimi dəyərləndirib: 

"Çünki D.Trampla Amerikada demokratiya həmişə yaşayacaq".

Ayyət